Ölkəmizdə inflyasiyanın azalacağı proqnozlaşdırılır

post-img

2023-cü ilin yekunlarına görə, Azərbaycanda inflyasiyanın 6-7 faizədək azalacağı gözlənilir. 

Bunu Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2024-2025-ci illərdə 4-6 faiz baza göstəricisinin əldə ediləcəyi gözlənilir.

Xatırladaq ki, bu ilin iyun ayında ölkəmizdə inflyasiya əvvəlki ayla müqayisədə 0,9 faiz (10,6 faiz), illik ərzaq inflyasiyası isə 11,5 faizədək azalıb.

“Xalq qəzeti”

İqtisadiyyat