Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında ölkədə 975,5 kiloqram qızıl, 1 ton 841,3 kiloqram isə gümüş istehsal edilib.
Ötən ilin I yarımili ilə müqayisədə qızıl istehsalı 29,6 faiz, gümüş istehsalı isə 42,5 faiz azalıb.
Qeyd edək ki, 2023-cü il iyul ayının 1-nə 352,2 kiloqram gümüş, 101,9 kiloqram isə qızıl hazır məhsul ehtiyatı yaradılıb.
“Xalq qəzeti”