İqtisadiyyat naziri Mikayıl Cabbarov “Tviter” hesabında “Eos Qrup” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verildiyini bildirib. Onun sözlərinə görə, bununla da parkın rezidentlərinin sayı 18-ə çatıb.
Paylaşımda şirkətin sənaye parkının ərazisində investisiya dəyəri 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi yaradacağı və 49 nəfərin işlə təmin ediləcəyi vurğulanıb.
“Xalq qəzeti”