ƏDV-nin 65,2 milyon manatı istehlakçılara qaytarılıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, cari ilin yanvar-iyun aylarında fiziki şəxs olan istehlakçılar tərəfindən respublika ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilən ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb.

Məlumatda, həmçinin bildirilir ki, ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir və iqtisadiyyatın şəffaflaşdı­rılması istiqamətində mühüm nəticələr əldə olunur. 

Xatırladaq ki, alınan mallara və əldə edilən xidmətlərə görə, ödəniş nağdsız həyata keçirildikdə ƏDV-nin 17,5 faizi, nağd qaydada olduqda isə 5 faizi isteh­lakçılara qaytarılır.

“Xalq qəzeti”

İqtisadiyyat