I yarımildə 648 milyon manatdan çox sığorta haqqı toplanılıb

post-img

Mərkəzi Bankın məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 648,945 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 32 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkət­lərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 225,032 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,6 faiz çoxdur.

6 ay ərzində sığorta bazarında top­lanmış hər 100 manat sığorta haqqı­nın 34,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 35,6 manat olub.

“Xalq qəzeti”

İqtisadiyyat