Özəlləşdirmədən 6 ayda büdcəyə 60,5 milyon manat vəsait daxil olub

post-img

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox – 60,5 milyon manat vəsait daxil olub.

Dövlət Xidmətindən bildirilib ki, 2023-cü ilin yanvar–iyun ayları ərzin­də 28 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətin səhm paketi, 11 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi, 259 nəqliyyat vasitəsi özəlləş­dirilib. Bu ilin ilk 6 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 148 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hər­rac” proqram təminatı vasitəsilə 31 on­layn qoşulma reallaşıb. 2023-cü ilin bi­rinci yarımilliyi ərzində hərrac vasitəsilə 18 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2023-cü ilin birinci yarımilliyində ümumilikdə 10,4 milyon manata yaxın investisi­ya qoyulub və həmin müəssisələrdə 50-dən çox yeni iş yeri yaradılıb.

Cari ilin yanvar-iyun ayları ərzin­də özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 60,5 milyon manat təşkil edib və yarımillik büdcə proqnozuna 122,5 faiz əməl olunub. Dövlət əmlakı­nın özəlləşdirilməsindən dövlət büdcə­sinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox olub.

“Xalq qəzeti”

İqtisadiyyat