“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, limanda bu ilin I yarısında 3 milyon 539 min tondan çox yük aşırılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz çoxdur.
Xatırladaq ki, 2018-ci il mayın 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir.
“Xalq qəzeti”

