Aqrar Sığorta Fondu zərərdən mənfəətə keçib

post-img

Aqrar Sığorta Fondu 2022-ci ili 2 milyard 586 milyon manat xalis mənfəətlə başa vurub. Qurum 2021-ci ili 1 milyard 308 milyon manat xalis zərərlə başa vurmuşdu.

Bu il yanvarın 1-nə fondun aktivləri 22 milyard 95 milyon manat olub ki, bu da illik müqayisədə 35,5 faiz çoxdur. Hesabat dövründə fondun öhdəlikləri 31,8 faiz artaraq 13 milyard 275 milyon manata, balans kapitalı isə 41,5 faiz artaraq 8 milyard 82 milyon manata çatıb.

Xatırladaq ki, Aqrar Sığorta Fondu ölkə Prezidentinin 19 avqust 2019-cu il tarixli fərmanına əsasən yaradılıb. Qurumun nizamnamə kapitalı 9 milyon manatdır.

“Xalq qəzeti”

İqtisadiyyat