Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 2,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,5 faiz artıb. Sənaye məhsulunun 69,5 faizi mədənçıxarma sektorunda, 25,3 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 3,2 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 17 faiz artıb.
“Xalq qəzeti”