SOCAR ilə “Cisco Systems Inc”in İKT anlaşması

post-img

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı şirkətlərindən biri olan “Cisco Systems Inc” arasında rəqəmsal transformasiya təşəbbüsləri, yeni texnologiyaların tətbiq edilməsi məqsədilə şəbəkə həlləri, habelə proqram təminatları sahəsində anlaşma memorandumu imzalanıb.

SOCAR-dan verilən məlumatda daha sonra bildirilib ki, memorandum bu şirkətlə “Cisco Systems Inc” ara­sında texnoloji infrastruktur, təhlükəsiz rəqəmsal trans­formasiya, dayanıqlı İT, habelə rahat istifadəçi təcrü­bəsi yaratmaq istiqamətlərində əməkdaşlıq imkanlarını nəzərdə tutur.

SOCAR-ın korporativ strategiyasında dəyər zənci­ri üzrə fəaliyyət istiqamətlərinin rəqəmsallaşdırılması, o cümlədən ən son texnoloji və innovasiya həllərinin tətbiqi ilə əməliyyat səmərəliliyinin artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu xüsusda, texno­logiya və innovasiya sahəsində dünya liderləri arasın­da olan “Cisco Systems Inc” ilə əməkdaşlıq SOCAR-ın uzunmüddətli strateji hədəflərinə töhfə verməklə yanaşı, rəqəmsal transformasiya sahəsində perspektiv imkan­ları artırmağa və gələcəyin iş yerini yaratmağa əlverişli zəmin yaradacaq.

“Xalq qəzeti”

İqtisadiyyat