Dövlət Neft Fondunun vəsaitləri 49 milyard dollara yüksəlib

post-img

Dövlət Neft Fondunun ötən ilin əvvəlinə 45,03 milyard dollara bərabər olan vəsaitləri 2022-ci ilin sonunda artaraq 49,03 milyard dollara yüksəlib.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondun 2022-ci il üzrə maliyyə (audit) hesabatında bildirilib. Qeyd edilib ki, ümumi portfelin 62,1 faiz və ya 30,4 milyard dollar hissəsi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19,6 faiz və ya 9,6 milyard dollar hissəsi isə səhmlərə investisiya olunub. Portfelin 6,2 faiz və ya 3,1 milyard dollar hissəsini daşınmaz əmlak, qalan 12,1 faiz və ya 5,9 milyard dollar hissəsini isə qızıl investisiyaları təşkil edib.

Xatırladaq ki, ötən ilin sonuna Dövlət Neft Fondunun investisiyaları 66 ölkəni əhatə edib.

“Xalq qəzeti”

İqtisadiyyat