Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 1,8 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6% çoxdur.
Təkcə iyun ayında qeyri-neft ixracının dəyəri 307,6 milyon ABŞ dolları təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 13,8% çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3% artaraq 3 milyard 47,67 milyon dollar təşkil edib.
"Xalq qəzeti"