Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, 2023-cü ilin yanvar-may ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,8 faiz və 19 faiz artıb.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 90,9 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz, 8,3 faizi dəmir yolu, 0,1 faizi hava, 55,6 faizi avtomobil nəqliyyatı, 32,1 faizi isə boru kəməri ilə aparılıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,3 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,5 faiz təşkil edib.
“Xalq qəzeti”