Milli valyutada olan əmanətlər artıb

post-img

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 16,1 faiz artaraq 2023-cü il may ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 211,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsininin bu­nunla bağlı məlumatında bildirilib ki, əmanətlərin 62,8 faizi milli, 37,2 faizi xarici valyutada qoyulub. Milli valyu­tada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 9,1 faiz artıb. 

May ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya 1,85 manata, 100 türk lirəsinə 8,62 manata, 100 rus rub­luna nisbətdə isə 2,14 manata bərabər olub.

“Xalq qəzeti”

İqtisadiyyat