Azərbaycan 5 ayda Avropaya 5 milyard kubmetr qaz ixrac edib

post-img

Bu ilin yanvar–may aylarında Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artıb. 

Bunu energetika naziri Pərviz Şah­bazov “Twiter”də bildirib. Məlumata görə, ötən 5 ayda qazın 4,8 milyard kubmetri Avropaya, 4,3 milyard kubmetri Tür­kiyəyə, 1,2 milyard kubmetri isə Gürcüs­tana ixrac olunub. Nazirin sözlərinə görə, hesabat dövründə Trans-Anadolu Qaz Boru Kəməri Türkiyəni 2,4 milyard kub­metr “mavi yanacaq”la təchiz edib.

Hazırda Azərbaycan qazının Avropa­nın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Ad­riatik Qaz Boru Kəmərinin (TAP) ötürü­cülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

Qeyd edək ki, Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

“Xalq qəzeti”

İqtisadiyyat