Kənd təsərrüfatında istehsal genişlənir

post-img

2023-cü ilin ötən 5 ayında Azər­baycanın aqrar sektorunda istehsal olunmuş ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 3 milyard 116 milyon manat təşkil edib. Bunun da 2 milyard 372,3 milyon manatı hey­vandarlıq, 743,7 milyon manatı isə bitkiçilik məhsullarının payına dü­şür.

Dövlət Statistika Komitəsinin məlu­matına əsasən, ölkəmizdə kənd təsər­rüfatının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz, o cüm­lədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə isə 10,9 faiz artıb.

“Xalq qəzeti”

İqtisadiyyat