Yükdaşımalar 3 dəfə artıb

post-img

Cari ilin yanvar-may aylarında Şimal–Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən his­səsindən 317 min tona yaxın yük daşınıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlu­mata görə, Sumqayıt–Yalama stansi­yasında yol təsərrüfatı yeniləndikdən, sürət həddi artdıqdan sonra daha çox müştəri cəlb olunacaq. Bu isə Şimal–Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin bir qədər də artma­sına səbəb olacaq.

“Xalq qəzeti”

İqtisadiyyat