5 ayda 11,9 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub

post-img

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 11,886 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. 

Bu barədə Energetika Nazirliyinin 2023-cü ilin 5 ayı üzrə operativ məluma­tında bildirilir. Məlumatda qeyd olunur ki, ölkədə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 629,3 milyon kilovat-saat və ya 5,6 faiz artıb.

Cari ilin may ayında isə ölkə üzrə elektrik enerjisinin istehsalı 2 milyard 34,3 milyon kilovat-saat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,9 milyon kilovat-saat, yaxud 1,4 faiz çoxdur.

“Xalq qəzeti”

İqtisadiyyat