5 ayda ölkədə ÜDM 49, 6 milyard manata çatıb

post-img

2023-cü ilin yanvar-may aylarında ölkədə 49 milyard 580,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Əhalinin hər nəfərinə düşən ÜDM 4890,6 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4 faiz artıb. ÜDM istehsalının 45,5 faizi sənaye, 9,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,5 faizi tikinti, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləş­dirilməsi və ictimai iaşə, 1,6 faizi infor­masiya və rabitə sahələrinin, 17,9 faizi digər sahələrin payına düşüb. Hesabat dövründə məhsula və idxala xalis ver­gilər ÜDM-in 9,5 faizini təşkil edib. 

“Xalq qəzeti”

İqtisadiyyat