May ayında gündəlik neft və kondensat hasilatı 612 min barel olub

post-img

Ötən ay Azərbaycanda gündəlik neft hasilatı (kondensatla birlikdə) 612 min barel olub. Bunun 500 min barelini xam neft, 112 min barelini isə kondensat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz, yaxud 71,3 min barel azdır. 

Energetika Nazirliyinin məlumatına görə, ölkəmizdə neft hasilatı ilin əvvəlin­dən gündəlik orta göstəricilər əsasında 6,2 faiz və ya 33 min barel azalıb.

Qeyd edək ki, “OPEC+” əməkdaşlı­ğı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

“Xalq qəzeti”

İqtisadiyyat