Regionlara investisiya qoyuluşu 88 faiz yüksəlib

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Tvitter” səhifəsində 2023-cü ilin 1-ci rübü ərzində regionlarda əsas kapitala investisiya qoyuluşunun əvvəlki ilin eyni dövrü ilə müqayisədə 88 faiz artaraq 1,7 milyard manat təşkil etdiyini yazıb. 

Xatırladaq ki, 2022-ci ildə Azər­baycanda əsas kapitala 18 mil­yard 272,3 milyon manat məbləğin­də, yaxud 2021-ci illə müqayisədə 5,5 faiz çox vəsait yönəldilib.

Həmin məblə­ğın ümumi dəyə­rində müəssisə və təşkilatların vəsa­itləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5 faiz təşkil edib.

“Xalq qəzeti”

İqtisadiyyat