Ukrayna Ordusu kəşfiyyat xarakterli döyüşlərə başlayıb

post-img

Qlobal mediada Rusiya–Ukrayna müharibəsi ilə bağlı təzadlı informasiyalar yayılır. Bəzi mənbələr artıq Ukraynanın bütün cəbhə boyu əks-hücuma keçdiyini bildirir. Bir başqa mənbələr isə qeyd edirlər ki, çoxdan gözlənilən genişmiqyaslı hücum əməliyyatı hələ başlanmayıb, son günlər cəbhədə baş verənlər isə yalnız kəşfiyyat xarakterli döyüşlərdir. 

Hər halda, Rusiya–Ukrayna sava­şının artıq yeni, daha gərgin mərhələyə daxil olduğu aşkar hiss olunur. Qarşı-qar­şıya gələn tərəflərin hədəfləri tam fərqli­dir. Ukrayna hərbçiləri, nəyin bahasına olursa-olsun, öz torpaqlarını azad etmək əzmindədirlər, Rusiya hərbi kontingenti isə zəbt etdiyi əraziləri ən azı qoruyub saxlamağa cəhd edir. 

Siyasi təhlilçilər qeyd edirlər ki. Avro­pa qitəsində İkinci Dünya müharibəsin­dən sonrakı dönəmdə ən böyük savaşın taleyi məhz bu günlərdə həll olunur. Dün­ya da bunun fərqindədir, hamı hadisələri diqqətlə izləyir. Qlobal dünya düzəni bu gün məhz Rusiya–Ukrayna müharibəsin­dəki nəticəsindən asılıdır. 

Görünən budur ki, hazırda Ukrayna torpağında döyüşlər günbəgün şiddətlə­nir. UNİAN agentliyi ölkə rəsmilərinə is­tinadən bildirir ki, dünən Ukrayna silahlı qüvvələri Baxmut şəhəri ətrafında, eləcə də Donetsk və Zaporojye vilayətlərinin müxtəlif istiqamətlərində irəliləyiblər. 

ABŞ paytaxtında fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutundan (MAİ) mediaya verilən açıqlamada deyilir ki, Ukrayna Silahlı Qüvvələri dünən ölkə­nin cənubunda Kremennaya bölgəsində rəqibin məhdud və lokallaşdırılmış quru hücumlarını dəf edib. Eyni zamanda, Uk­rayna qoşunları Baxmut yaxınlığında da­vam edən hücum əməliyyatları zamanı 1,2 kilometr irəliləyib. 

Bildirilib ki, Ukraynanın müdafiə qüvvələri Donetsk vilayətinin qərbində Do­netsk və Zaporojye vilayətləri arasındakı sərhəd yaxınlığında məhdud əks-hücum əməliyyatlarını davam etdirib və bu əra­zilərdə taktiki uğur qazanıb.

Bu arada məlumat yayılıb ki. Rusiya ordusunun iyunun 10-na keçən gecə pi­lotsuz təyyarələrlə Ukraynanın Odessa vilayətinə hücumu zamanı 3 nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Bu barədə Ukraynanın “Cənub” Əməliyyat Koman­danlığının “Facebook” səhifəsinə istina­dən xəbər verilib.

Qeyd edilir ki, Ukraynanın hava hü­cumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib. Odessa üzərində bütün “Şahed-131/136” PUA-la­rı vurulub, lakin çoxmərtəbəli binada yanğın baş verib. 50 kvadratmetr ərazini əhatə edən yanğın dərhal söndürülüb. 3 mülki şəxs həlak olub, 10-dan çox insan yaralanıb. 

Qeyd edək ki, cəbhədə döyüşlərin intensivliyi artdıqca hər iki tərəfdən canlı itkilərin sayı da çoxalır. UNİAN agentliyi qeyd edir ki, Rusiya Silahlı Qüvvələri Uk­raynada son sutka ərzində 890-dan çox hərbçi itirib. 

Ümumilikdə, Ukraynada hərbi əmə­liyyatlar başlayandan indiyədək Rusiya ordusunun 214 min hərbçisi məhv edilib. Qeyd edilib ki, Rusiyanın digər döyüş it­kiləri 3 909 tank, 7607 zirehli maşın, 3263 operativ-taktiki PUA, 3717 artilleriya sis­temi, 362 hava hücumundan müdafiə sis­temi, 600 reaktiv yaylım atəş sistemi, 314 təyyarə, 299 helikopter, 6428 avtomobil və tanker,18 gəmi, 1176 qanadlı raket və 507 xüsusi texnikadan ibarətdir.

Rusiya tərəfi bu faktları bir qayda ola­raq təkzib edir, əksinə, Ukraynanın daha böyük itkilərə məruz qaldığını bildirir. 

Rusiya–Ukrayna savaşı isə davam edir. Bu qanlı döyüşlərin nə vaxt bitəcəyi məlum deyil. ABŞ başda olmaqla Qərb dövlətləri Ukraynanı sonadək müdafiə edəcəklərini bildirir. Rusiya Ukraynadan geri çəkilmək fikrində deyil. Deməli, mü­haribənin taleyi döyüş meydanlarında həll olunur. 

Bu gün Vilnüsdə NATO-ya üzv döv­lətlərin növbəti sammiti keçirilir. Tədbirdə Ukraynaya öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi yardımların artırılması məsələsi də gündəmdədir

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Dünya