2025-ci ilə qədər ölkədə inflyasiya 5 faizə enəcək

post-img

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına əsasən, Azərbaycanda inflyasiya 2022-ci ildə 14 faiz idisə, cari il ərzində orta hesabla 12 faiz təşkil edəcək. 

Hesabatda, həmçinin inflyasiyanın 2025-ci ilə qədər tədricən 5 faizə enəcəyi də proqnozlaşdırılır. Sənəddə belə bir gözləntinin vurğulanması Azərbaycan Mərkəzi Bankının pul siyasətini ardıcıl olaraq sərtləşdirməsi ilə əlaqələndirilir. 

“S&P Global Ratings” analitiklərinin fikrincə, əksər in­kişaf etməkdə olan və inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrdə olduğu kimi, Azərbaycanda da inflyasiya agent­liyin proqnozlarını üstələməkdə davam edir və 2015-ci ildə manatın devalvasiyasından sonra qiymətlərin əhə­miyyətli dərəcədə artdığı 2016-2017-ci illər səviyyəsini üstələyir.

İqtisadiyyat