Türkiyədə 200 yeni neft quyusu qazılacaq

post-img

2023-cü ilin sonuna qədər Türkiyədə 20-yə yaxın ərazidə 200 yeni neft quyusu qazılacaq. Bu barədə qardaş ölkənin “Türkiye Petrolleri Anonim Ortaqlığı” (TPAO) şirkəti açıqlama yayıb. 

Məlumata əsasən, TPAO ilin so­nuna qədər ölkədaxili neft istehsalını 76 min bareldən 90 min barelə çatdır­mağı nəzərdə tutur. Yeri gəlmişkən, Türkiyənin daxili neft istehsalı son 32 ildə rekord göstəriciyə, 70 min 76 ba­relə çatıb.

Xatırladaq ki, mayın 2-də Tür­kiyə Prezidenti Rəcəb Tayyib Ərdo­ğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonların­da yeni neft ehtiyatlarının aşkar edil­diyini bildirib.

“Xalq qəzeti”

İqtisadiyyat