Vergi daxilolmaları 2,6 milyard manata çatıb

post-img

2023-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 415,8 milyon manat vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 45 faiz və ya 2,6 milyard manatdan çox artıb.

Dövlət Vergi Xidmətinin məluma­tına əsasən, qeyri-neft-qaz sekto­runda daxilolmalar 4,6 milyard ma­nat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu sektordan vergi daxilolmaları 17,8 faiz və ya 697,2 milyon manat artıb.

İqtisadiyyat