Azərbaycanda arpa biçini getdikcə sürətlənir. Biçin mövsümünün əvvəlindən ölkənin 38 rayonunda mövcud arpa əkini sahələrindən 250 min ton məhsul yığılıb. Bununla da, sahələrin təxminən 23 faizində biçin başa çatdırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu günə qədər ölkə üzrə 90 min 444 hektar sahədə arpa biçini aparılıb. Biçilmiş sahələrin orta məhsuldarlığı isə 27,3 sentner təşkil edib. Sahələrin 29 min 72 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.
Bütövlükdə isə 2023-cü ilin məhsulu üçün ölkə ərazisində 1 milyon 58 min 398,9 hektar sahədə taxıl əkilib ki, bunun da 658 min 383,7 hektarı buğda, 400 min 15,2 hektarı isə arpa sahəsidir.
“Xalq qəzeti”

