5 ayda vergi daxilolmaları 2,6 milyard manat artıb

post-img

2023-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 415,8 milyon manat vergi daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 milyard manatdan çox və ya 45 faiz artım deməkdir. 

Hesabat dövründə qeyri-neft-qaz sektorundan büdcəyə daxilolmalar 4,6 milyard təşkil edib. 2022-ci ilin 5 ayına nisbətən bu sektordan vergi daxilolma­ları 17,8 faiz və ya 697,2 milyon manat artıb.

“Xalq qəzeti”

İqtisadiyyat