1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft sənayesinin xarici investisiyalar üçün açıq elan olunmasının iqtisadi səmərəsi getdikcə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, 1994-cü ildən 2022-ci ilin sonunadək ölkəmizin neft sənayesinə 108 milyard ABŞ dolları məbləğində xarici sərmayə yönəldilib.
SOCAR-ın illər üzrə təqdim etdiyi materiallardan aydın olur ki, 1994-cü ildə ölkəmizin neft sənayesinə yönəldilmiş xarici sərmayələrin həcmi cəmi 0,09 milyard dollar təşkil etdiyi halda, 2022-ci ildə bu göstərici 7,74 milyard dollara bərabər olub. Bu da 86 dəfə artım deməkdir.
Bütövlükdə isə, bu sahədə xarici sərmayələrin həcmi üzrə ən yüksək göstərici 2014-cü ildə qeydə alınıb. Həmin il ölkəmizdə həyata keçirilən neft və qazla bağlı əməliyyatlara 8,22 milyard dollar investisiya qoyulub.
“Xalq qəzeti”

