Nağdsız hesablaşmaların stimullaşdırılması, müvafiq infrastrukturun təkmilləşdirilməsi, əməliyyatların və hesablaşmaların şəffaflığının təmin olunması Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcminə müsbət təsir göstərməkdə davam edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2023-cü ilin yanvar–mart aylarında muxtar respublikada nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artıb. Cari ilin 3 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 17,4 milyon manatı POS-terminalların, 93,3 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.
“Xalq qəzeti”


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    