2023-ci il may ayının 1-nə banklar vasitəsi ilə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 milyard 379,6 milyon manat təşkil edib. Bu da aprel ayının 1-nə olan göstərici ilə müqayisədə 1,7 faiz çoxdur.
Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Məlumatda bildirilir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatına kredit qoyuluşları 14,2 faiz və ya 2 milyard 539,2 milyon manat artıb. Xatırladaq ki, ötən ilin 2022-ci ilin may ayının 1-nə iqtisadiyyata kredit qoyuluşlarının həcmi 17 milyard 840,4 milyon manat təşkil edib.
“Xalq qəzeti”

