Energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin karbohidratlarla yanaşı, “yaşıl enerji”nin də Avropaya daşınması və Avropanın Azərbaycanda baş verən proseslərdən yararlanması üçün zəmin yaratdığını bildirib.
Onun sözlərinə görə, bu zəminin şərtlərindən biri Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün təmin olunması və Zəngəzur dəhlizinin açılmasıdır.
“Xalq qəzeti”

