Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 66,9 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 1,5 faiz artıb.
Cari ilin 4 ayında əvvəlki ilin müvafiq ayları ilə müqayisədə ölçmə cihazlarının istehsalı 2 dəfə, stolüstü kompüterlərin istehsalı isə 4,4 dəfə çoxalıb.
“Xalq qəzeti”

