Sığorta sahəsində göstəricilər yaxşılaşıb

post-img

2023-ci ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növləri üzrə 341 milyon 853,9 min manat, icbari sığorta növləri üzrə isə 125 milyon 676,4 min manat sığorta haqqı toplanılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat veriblər. Məlumat­da bildirilir ki, ötən ilin yanvar-aprel ayla­rı ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqları 27,7 faiz və ya 74 milyon 108,9 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmala­rı isə 38 faiz və ya 34 milyon 650,3 min manat artıb.

Bununla yanaşı, hesabat dövründə ölkəmizdə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 64,4 faiz artaraq 102 milyon 501,9 min manat, icbari sı­ğorta növləri üzrə ödənişlərin həcmi isə 3,3 faiz artaraq 32 milyon 99,7 min ma­nat təşkil edib.

Bütövlükdə isə, cari ilin ötən 4 ayında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 30 ma­nat sığorta ödənişi edilib. Xatırladaq ki, əvvəlki ilin müvafiq dövründə bu rəqəm 23,3 manat olub. Bu ilin yanvar-aprel ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 25,5 manat təş­kil edib. Ötən ilin ki, ilk 4 ayında isə bu göstərici 34,1 manata bərabər olub.

“Xalq qəzeti”

İqtisadiyyat