Sosial ödəmələr üzrə daxilolmalar artıb

post-img

Cari ilin yanvar-aprel ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 625 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz və ya 176,1 milyon manat artıb.

Dövlət Vergi Xidmətinin məluma­tına əsasən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1 mil­yard 37,7 milyon manat təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 56,7 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artıb və 41,8 milyon manat təşkil edib.

Həmçinin icbari tibbi sığorta haq­ları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz arta­raq 291,5 milyon manat olub. Qey­ri-büdcə təşkilatları üzrə daxilolmalar 21,1 faiz artıb və 204,3 milyon manat təşkil edib.

“Xalq qəzeti”

İqtisadiyyat