İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir, Pirallahı, Qaradağ sənaye parkları 40 belə müəssisə arasında ilk onluqda yer alıb.
İZİA-dan bildirilib ki, bu barədə “BIK Ratings” agentliyinin hazırladığı siyahıda qeyd edilib. Belə ki, sənaye parklarının reytinq siyahısında Azərbaycanla bərabər, Belarus, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rusiya, Özbəkistan və Estoniya yer alıblar.
Reytinq hazırlanarkən, sənaye parklarının vergi mühiti, infrastrukturu, ölkəyə giriş şəraiti, ölkədə insan inkişafı indeksi, makroiqtisadi və siyasi mühit üzrə göstəricilər təhlil edilib. Nəticədə ilk onluğa İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) daxil olublar. Bu reytinqdə ilk yeri “Velikiy Kamen” Çin–Belarus Sənaye Parkı tutub.