Rəşt–Astara dəmir yolu Şimalı Cənubla birləşdirəcək

post-img

“Şimal–Cənub nəqliyyat dəhlizinin yaradılması sahəsində qarşılıqlı fəaliyyət Azərbaycan ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda dəmir yolu infrastrukturunun inkişafı və Şimal-Cənub marşrutu üzrə yük daşımalarına dair əməkdaşlıq haqqında sazişin imzalanmasına hazırlığın tezliklə başa çatacağına ümid edirik. Bununla da üç ölkənin gələcək uğurlu koordinasiyası üçün zəruri hüququ baza yaranacaq”.

Rusiya mediası bildirir ki, bu söz­ləri Rusiya Prezidenti Vladimir Putin Rəşt–Astara dəmir yolunun İrandan keçən hissəsinin inşası barədə iki ölkə arasında sazişin imzalanma mərasi­mində söyləyib.

Sazişi iki ölkənin nəqliyyat nazirləri imzalayıblar. Mərasimdə Rusiya Pre­zidenti Vladimir Putin videoəlaqə va­sitəsilə iştirak edib.

Sazişə əsasən, Rusiya və İran uzunluğu 170 kilometr olan və Şi­mal-Cənub beynəlxalq nəqliyyat dəh­lizini birləşdirən Rəşt-Astara dəmir yolunun layihələndirilməsi və inşasını birgə maliyyələşdirəcəklər. İran Asta­rası ilə Azərbaycan Astarası arasında olan sahə isə Azərbaycan, Rusiya və İranın iştirakı ilə inşa olunacaq.

Rusiya Prezidenti Vladimir Putin Rəşt–Astara dəmir yolunun tikintisini dünya nəqliyyat infrastrukturu üçün mühüm hadisə adlandırıb. O vurğula­yıb ki, Şimal-Cənub nəqliyyat arteriya­sının bir hissəsi olacaq Rəşt–Astara dəmir yolu yük daşımalarını şaxələn­dirməyə imkan verəcək.

“Xalq qəzeti”

İqtisadiyyat