Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,7 faiz artaraq 2 milyard 46,681 milyon manata çatıb.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 496 milyon 589,2 min manat (ötən ilin eyni dövrünə nisbətən 21 faiz çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1 milyard 470,864 milyon manat (25,2 faiz çox), aksizlər üzrə daxilolmalar 62,297 milyon manat (56,2 faiz çox), yol vergisi üzrə daxilolmalar isə 17,030 milyon manat (1,5 faiz çox) təşkil edib.
“Xalq qəzeti”

