2023-cü ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 52,4 faiz artaraq 7 milyard 672,2 milyon manat təşkil edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib. Nazir qeyd edib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq 4 milyard 3,4 milyon manat olub.
“Vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var”, – deyə Mikayıl Cabbarov əlavə edib.
“Xalq qəzeti”

