İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin məlumatına görə, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna son 5 ildə cəlb olunan birbaşa xarici investisiyaların həcmi 5 milyard dolları ötüb.
Məlumatda, həmçinin qeyd edilir ki, Covid-19 pandemiyasının yumşalmasından sonra birbaşa xarici investisiyalar yenidən artmağa başlayıb. Belə ki, 2020-ci ildə birbaşa xarici investisiyalar 606 milyon dollar təşkil edibsə, 2021-ci ildə bu rəqəm 790 milyon dollara, ötən il isə 1,8 milyard dollara qədər yüksəlib.
Qeyri-neft sektoruna yatırılmış birbaşa xarici investisiyaların ümumi birbaşa xarici investisiyalarda payı isə 21,2 faiz təşkil edib.
“Xalq qəzeti”