Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol marşrutu ilə yük daşımaları marşrutun bütün fəaliyyət müddəti ərzində 2,4 milyon tondan çox olub.
Türkiyə mediasının bununla bağlı yaydığı məlumatda BTQ dəmiryol marşrutundan istifadə etməklə Londondan göndərilən yüklərin Pekinə çatdırmağın mümkünlüyü də vurğulanıb.
Məlumatda da, eyni zamanda, COVID-19 pandemiyası dövründə adıçəkilən dəmir yolunun yük daşımalarında xüsusi rol oynadığı, quru nəqliyyatı ilə sərhəd kəsişmələrində problemlər baş verdiyi halda bu marşrut ilə fasiləsiz daşımalar həyata keçirildiyi xatırladılıb. Təkcə 2022-ci ildə BTQ dəmir yolu ilə yük daşımaları 691 min ton olub.
Qeyd edək ki, 2017-ci ildə BTQ-nin birinci xətti istifadəyə verilib. Marşrutun uzunluğu 850 kilometrdir.
“Xalq qəzeti”