Türkiyədə yeni neft yatağının ehtiyatları 1 milyard bareldir

post-img

Türkiyənin cənub-şərqində kəşf edilən yeni neft yatağının potensialı 1 milyard barel səviyyəsində qiymətləndirilir.

Bu barədə “CNN Türk” telekanalı­nın efirində Türkiyənin mill neft şirkə­tinin (TPAO) rəhbəri Melih Xan Bilgin bildirib. Onun sözlərinə görə, kəşf olu­nan yatağın ehtiyatlarının dəyəri 0-80 milyard dollar civarında qiymətləndirilir, bu da Türkiyə iqtisadiyyatına ildə 3-3,5 milyard dollar töhfə deməkdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən çərşənbə axşamı Şir­nak vilayətinin Qabar dağ silsiləsi böl­gəsində neft yatağının aşkar edildiyini açıqlayıb. Onun sözlərinə görə, yüksək keyfiyyətli neft 2,6 km dərinlikdə aşkar edilib, yatağın gündəlik hasilat gücü 100 min bareldir.

“Xalq qəzeti”

İqtisadiyyat