Azərbaycanın AÇG və “Şahdəniz” yataqları üzrə gəlirləri açıqlanıb

post-img

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin ilk 4 ayı ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar bloku və “Şahdəniz” yatağı üzrə gəlirlərini açıqlayıb.

ARDNF-dən verilən məlumata görə, AÇG yatağından cari ilin əvvəlin­dən mayın 1-dək “Azəri-Çıraq-Günəşli” layihəsindən 2 milyard 468 milyon ABŞ dolları gəlir əldə olunub. Hesabat döv­ründə ARDNF-nin “Şahdəniz” layihə­sindən (qaz və kondensat) ədə etdiyi gəlir isə 935 milyon 754 min ABŞ dol­ları təşkil edib. Bunun da 197 milyon 763 min dolları “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından əldə olunub. 

“Xalq qəzeti”

İqtisadiyyat