“SOCAR Türkiye”nin baş direktoru Elçin İbadovun “Habertürk”ə bildirdiyinə görə, Trans–Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 2018-ci il iyunun 30-dan 2023-cü il martın 31-dək 21 milyard kubmetrdən çox qaz nəql olunub.
“TANAP layihəsinin icrası Avropaya və Türkiyəyə təbii qaz tədarükünün marşrutlarının diversifikasiyası, habelə qardaş ölkənin enerji dəhlizinə çevrilməsi üçün strateji addımlardan biridir”,– E.İbadov deyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin hesabatına əsasən, 2023-cü ilin yanvar–mart ayları ərzində Azərbaycan Avropaya (2,9 milyard kubmetr), Türkiyəyə (2,7 milyard kubmetr) və Gürcüstana (0,9 milyard kubmetr) təbii qaz ixrac edib.
Hesabat dövründə Trans–Anadolu qaz kəməri ilə Türkiyəyə 1,4 milyard kubmetr qaz ixrac olunub.
“Xalq qəzeti”

