Azərbaycandan Macarıstana “yaşıl dəhliz” layihəsi

post-img

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma eksklüziv müsahibəsində ölkəsinin respublikamızla birgə “yaşıl dəhliz” layihəsini maliyyələşdirməyə maraqlı olduğunu bildirib. O, iki ölkə arasında əlaqələrin təbii qaz sahəsində özünü yüksək səviyyədə doğrultduğunu, bununla belə Azərbaycanın bərpaolunan enerji sahəsində də böyük potensialı olduğunu diqqətə çatdırıb. 

Səfir qeyd edib ki, Cənubi Qafqaz­dan “yaşıl elektrik” enerjisi Gürcüstan və Rumıniya vasitəsilə Macarıstanın enerji təchizatının şaxələndirilməsi və təmin edilməsi üçün əlverişli bir imkandır.

“Qara dəniz sualtı kabel layihəsinin həyata keçirilməsi ilə bağlı artıq texniki və maliyyə məsələlərinin nəzərdən keçi­rilməsinə başlanılıb. Bu, demək olar ki, 1200 kilometr uzunluğunda dünyanın ən uzun sualtı kəməri olacaq. Macarıstan hökuməti layihədə iştirak etməyə hazır­dır”, – deyə T.Torma əlavə edib.

“Xalq qəzeti”

İqtisadiyyat