“Babək” tankeri Xəzərə qayıtdı

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Babək” gəmisi təmirdən sonra istismara qaytarılıb.

ASCO-dan verilən məlumata görə, “Zığ” tərsanəsində aparılan təmir za­manı tankerin baş və köməkçi mühər­rikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zaman­da, göyərtədə və maşın şöbəsində bo­ruquraşdırma işləri yerinə yetirilib.

Bununla yanaşı, gəmi heyətinə məxsus yaşayış otaqları da yenilənib.Təmirçilər gəminin sualtı və suüstü his­səsinin, baş göyərtə və üst qurumun, lövbər zəncirlərinin obraziv qumla tə­mizlənərək üç qat rənglənməsini də həyata keçiriblər. Təmirdən sonra tan­ker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən istismara qaytarılıb.

Xatırladaq ki, uzunluğu 149,9, eni 17,3 metr olan “Babək” gəmisinin yük­götürmə qabiliyyəti 13 min tondur.

“Xalq qəzeti”

İqtisadiyyat