Bu il Avropaya 12 milyard kubmetr qaz ixrac ediləcək

post-img

2022-ci ildə Azərbaycanın Avropanın qaz bazarında payı artaraq 2021-ci ildəki 4,9 faizdən 6,9 faizə çatıb. Bu barədə Dünya Bankının hesabatında məlumat verilib. 

Avropaya qaz tədarükçülərinin payında dəyişikliyin dinamikasını əks etdirən hesabata əsasən, ötən il Azər­baycanla yanaşı, ABŞ, Qətər, Norveç və digər ölkələr də bu sahədə müsbət dinamikaya nail olublar. Rusiya və Əl­cəzairin isə Avropanın qaz bazarında payı müvafiq olaraq 34,1 faizdən 19,5 faizə və 20,2 faizdən 18,5 faizə enib. 

Qeyd edək ki, Azərbaycan Avropa­ya qaz tədarükünə 2020-ci il dekabrın 31-də başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri vasitəsilə kommersiya istisma­rı başlandıqdan sonra Avropa bazarla­rına, ümumilikdə, 22 milyard kubmetr qaz nəql olunub. Bu il isə Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ix­rac etməyi planlaşdırır.

Yeri gəlmişkən, son məlumatla­ra görə, 2023-cü ilin birinci rübündə Azərbaycanda qaz hasilatı 3 faiz arta­raq 12,2 milyard kubmetrə çatıb. Ölkə təbii qazın yarıdan çoxunu və ya 6,5 milyard kubmetrini xarici bazara ixrac edib.

“Xalq qəzeti”

İqtisadiyyat