Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında Preferensial Ticarət Sazişinə dəyişiklik haqqında Protokol imzalanıb

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Samsun şəhərində Türkiyənin Ticarət naziri Mehmet Muşla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə İqtisadiyyat naziri Mikayıl Cab­barov dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğula­yıb. Qeyd edilib ki, Azərbaycan–Türkiyə müttəfiqliyi ölkələrimizin iqtisadi potensi­alından səmərəli istifadə edilməsi üçün əlverişli şərait yaradır. Nazir bildirib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəf­daşlarındandır və iki ölkə arasında Prefe­rensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərimizin gerçəkləşməsinə növbəti töhfə olacaq.

Türkiyənin ticarət naziri Mehmet Muş ölkələrimizin dostluq və qardaşlıq münasi­bətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycan-Türkiyə iş birliyinin daha da gücləndirilməsi istiqamətləri barədə fikir­lərini bildirib.

Görüşdə ticarət və investisiya qoyu­luşu üzrə cari vəziyyət nəzərdən keçirilib, həmçinin reallaşdırıla biləcək əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Səfər çərçivəsində “Azərbaycan Res­publikası Hökuməti ilə Türkiyə Respub­likası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Pro­tokol” imzalanıb. Sənədi iqtisadiyyat nazi­ri Mikayıl Cabbarov və türkiyəli həmkarı Mehmet Muş imzalayıblar. 

Qeyd edək ki, 2021-ci il martın 1-də qüvvəyə minmiş Preferensial Ticarət Sa­zişi bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - idxal rüsumu ödənilmə­dən ixracına imkan verir. 

Samsun şəhərində Türkiyədən olan iş adamları ilə keçirilən görüşdə biznes dairələri arasında qarşılıqlı əlaqələrdən məmnunluq ifadə olunub, ölkəmizdə ya­radılan biznes və investisiya imkanları müzakirə edilib. Sahibkarlarla ölkələrimiz arasında ticarət dövriyyəsinin, biznes strukturları arasında işgüzar tərəfdaşlığın daha da inkişaf etdirilməsi, investisiya qo­yuluşlarının artırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Səfər çərçivəsində qonaqlar Samsun Bandırma Gəmi Muzeyini ziyarət edib, müasir Türkiyənin qurucusu Atatürkün 1919-cu il mayın 19-da Bandırma Vapuru ilə məhz burada sahilə çıxaraq başlatdığı milli mübarizə hərəkatının və bu il 100 ya­şını qeyd etdiyimiz Türkiyə Respublikası­nın qurulmasının şanlı tarixini əks etdirən eksponatlarla, həmçinin Türkiyənin ilk yer­li elektromobili “Togg” ilə tanış olublar.

İqtisadiyyat