Azərbaycan Özbəkistanla avtomobil sənayesi sahəsində tərəfdaşlıq edəcək

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin rəhbəri Uluqbek Rozukulovla görüşüb.

Nazirlikdən redaksiyamıza bildirilib ki, görüşdə Azərbaycan–Özbəkistan tərəf­daşlığının dinamik inkişaf etdiyi, investisi­ya əməkdaşlığının gücləndiyi vurğulanıb. Nazir qeyd edib ki, qarşılıqlı səfərlər və aparılan müzakirələr səmərəli nəticələr verir, işgüzar dialoq genişlənir, özəl sek­torun fəallığı artır, yeni ideyalar və təşəb­büslər irəli sürülür. Rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına xidmət edən la­yihələrin icrasını sürətləndirmək üçün ölkəmizdə biznes və investisiya mühiti qlobal çağırışlara uyğunlaşdırılır. Bununla yanaşı, ixtisaslı kadr ehtiyatı, institusional potensial, səmərəli enerji və nəqliyyat in­frastrukturu, beynəlxalq bazarlara çıxış kimi imkanlar da birgə layihələrin icrasını asanlaşdırır. 

İqtisadiyyat naziri Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulacaq avtomo­bil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun əhəmiyyətini diqqətə çatdırıb, layihənin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, istehsalın lokallaşdırılması və məşğul­luğun təminatına təkan verəcəyini qeyd edib. 

Uluqbek Rozukulov ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılmış əlveriş­li mühitdən məmnunluğunu ifadə edib, azərbaycanlı tərəfdaşlarla əlaqələrin ge­nişləndirilməsində maraqlı olduğunu bil­dirib.

Görüşdə ölkəmizdə avtomobil səna­yesinin inkişaf etdirilməsi, bu istiqamətdə Özbəkistanla əməkdaşlığın genişləndi­rilməsi və istehsal edilən avtomobillərin üçüncü ölkələrə ixrac imkanları müzakirə edilib. 

Tədbir çərçivəsində İqtisadiyyat Na­zirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, “Maşın və avadanlıq istehsalçıları” Assosiasiyası və Özbəkis­tanın “Uzavtosanoat” Səhmdar Cəmiyyəti arasında Azərbaycanda avtonəqliyyat va­sitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu imzalanıb.

İqtisadiyyat