İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda ölkəmizdə 7 sənaye parkı və 5 sənaye məhəlləsinin fəaliyyət göstərdiyini bildirib. O, sənaye zonalarında istehsal olunan məhsulların dünyanın 50-dən çox ölkəsinə ixrac edildiyini, bu zonalara indiyə qədər 6,5 milyard manat investisiya qoyulduğunu, həmçinin 10 mindən çox daimi iş yerinin yaradıldığını da vurğulayıb.
“2023-cü ildən işğaldan azad edilmiş rayonlarda sahibkarlıq fəaliyyətinin cəlbediciliyini artırmaq məqsədilə düşməndən təmizlənən rayonlarda rezidentlər mənfəət, gəlir, əmlak və torpaq vergisindən azad edilib. Onların sosial sığorta ödənişləri dövlət büdcəsi hesabına subsidiyalaşdırılıb. Eyni zamanda, bu ərazilərdə istehsalı stimullaşdırmaq üçün xammal idxalı 10 il müddətində ƏDV-dən azad olunub”, –deyə S. Ələkbərov əlavə edib.
“Xalq qəzeti”