Tullantılardan elektrik enerjisi...

post-img

Ötən il ölkəmizdə 3 milyon 984,1 min ton və ya əvvəlki illə müqayisə­də 5,4 faiz çox tullantı əmələ gəlib və onun 66,7 faizini bərk məişət tullan­tıları, 33,3 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində ya­ranan müxtəlif növ tullantılar təşkil edib.

Dövlət Statistika Komitəsinin mə­lumatına görə, ötən il yaranmış 2 mil­yon 658,3 min ton bərk məişət tullan­tılarının 21,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub. Nəticədə, 205,3 milyon kVt saat və ya 2021-ci illə müqayisədə 6,3 faiz çox elektrik enerji­si istehsal edilib.

“Xalq qəzeti”

İqtisadiyyat